Tramp hökumətin fəaliyyətinin dayandırılması KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ekspertlərin fikrincə, 2050-ci ilə qədər ABŞ əhalisi 438 milyon nəfərə çata bilər. Orta illik artım təxminən iki milyon nəfər doğum hesabına, bir milyon nəfər qanuni miqrasiya, təxminən 800 min nəfər isə qeyri-qanuni miqrantlar hesabına baş verir.
KONKRET.az xəbər verir ki, ABŞ-ın hazırkı Ağ Ev sahibinin qiymətləndirməsinə görə, Co Baydenin prezidentliyi dövründə ölkəyə daxil olan miqrantların sayı səkkiz milyon nəfərə çatıb. Seçki kampaniyası zamanı Tramp miqrantlara qarşı daha sərt güc tətbiq etməyə çağırır, polisi məhkəmə iddialarından “azad edəcəyinə” söz verirdi. ABŞ mediası onun belə sitatlarını gətirir: Tramp qeyri-qanuni miqrantlar üçün “bir həqiqətən amansız gün” və ya “bir kobud saat — doğrudan da kobud” təşkil etməyi məsləhət görürdü.
Prezident sözün əsl mənasında zamanı geri çevirməyi, ABŞ-da qalmaq hüququ olmayanları öz ölkələrinə göndərməyi planlaşdırırdı. O, bu şüarların dəstək qazanacağına əsassız ümid bəsləmirdi — əvvəlki miqrantların nəsillərinə ac-yalavac rəqiblər lazım deyildi.
Amerika lideri ümid edirdi ki, işə saldığı “zaman maşını” işləyəcək: güc strukturlarının köməyi ilə Bayden dövründə ölkəyə daxil olmuş qeyri-qanuni miqrantların böyük hissəsi vətənlərinə göndəriləcək və hər şey Trampın ilk prezidentlik dövründə mövcud olan göstəricilərə qayıdacaq.
Lakin sadə bir təbliğat kampaniyası ABŞ administrasiyası üçün heç kimin əvvəlcədən gözləmədiyi nəticələrə gətirib çıxardı.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 27 Yanvar 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















