Tramp: Hörmüz açılmasa, İrana çox sərt zərbələr endirəcəyik
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqları müsbət qiymətləndirərək, Hörmüz boğazının yaxın vaxtlarda yenidən açılacağına ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, o, eyni zamanda razılıq əldə olunmayacağı təqdirdə Tehrana qarşı sərt hərbi addımlar atılacağı barədə xəbərdarlıq edib.
Fox News telekanalına müsahibə verən Tramp bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlar intensiv şəkildə davam edir.
"İranla çox yaxşı danışıqlar aparırıq. Hörmüz boğazı çox tezliklə açılacaq. Əgər açılmasa, İrana çox sərt zərbələr endirəcəyik", – deyə ABŞ Prezidenti vurğulayıb.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio da Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş olduğunu açıqlamışdı.
Rubionun sözlərinə görə, "İranla bu prosesdə irəliləyiş var. Lakin danışıqlar hələ yekunlaşmayıb və ümid edirik ki, razılıq yaxın zamanda əldə olunacaq".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Avqust 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















