Tramp: Hörmüz boğazında normal gəmiçilik tezliklə bərpa olunacaq
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında normal gəmiçilik işinin tezliklə bərpa olunacağına inanır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Amerika lideri Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə jurnalistlərə verdiyi açıqlamada deyib. O, Hörmüz boğazında normal kommersiya gəmiçiliyinin bərpası üçün təxmini planın hazırlanması tələbini şərh edərkən bunları deyib:
"Biz sahildən, yəni Hörmüz boğazı yaxınlığındakı İran Silahlı Qüvvələrinin mövqelərindən onları qovub çıxarırıq. Bu, çox vaxt aparmayacaq. Biz Yaxın Şərq ölkələrindən çoxlu kömək alırıq".
Tramp, əvvəllər Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində NATO-dan kömək tələb etmiş və alyansın Vaşinqtona kömək etməsə, çətin günlərlə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi. Lakin Avropa ölkələri faktiki olaraq bundan imtina etdilər.
Anar
Bu mövzuda digər xəbərlər:Tramp: Hörmüz boğazında gəmiçilik ödənişsiz olacaq
16 İyun 2026 00:26
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
11 Aprel 2026 02:13
Tramp İranın Hörmüz boğazında gəmiçilik haqqı almasına qarşıdır
21 May 2026 21:26
Hörmüz boğazında gəmiçilik iflic həddinə çatır
23 Noyabr 2026 16:09
Baxış sayı:198
Bu xəbər 17 Mart 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















