Tramp: “Hörmüz boğazından rekord həcmdə neft daşınıb”
Icma.az, Bizim media saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ötən gecə Hörmüz boğazından rekord həcmdə neft daşınıb.
Bizim.Media xəbər verir ki, Tramp bunu İllinoys ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlayıb.
Trampın sözlərinə görə, neftin həcmi ABŞ-nin İranla müharibəyə başlamasından əvvəlki göstəricilərdən yüksək olub. Bununla belə, Amerika lideri boğazdan tam olaraq nə qədər neftin daşındığını dəqiqləşdirməyib.
"Müharibə bitən kimi - bu isə yaxın vaxtlarda baş verəcək - neftin qiymətləri çökəcək və bütün qiymətlər aşağı düşəcək", - Tramp bildirib.
O əlavə edib ki, hazırda neftin qiyməti ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası dövründə olduğundan daha aşağıdır.
"Kpler"in məlumatına görə, son həftədə Hörmüzdən artıq 33,7 milyon barel neft daşınıb."Reuters" isə xəbər verir ki, çərşənbə günü iyulun əvvəlindən bəri boğazdan neft daşınmasının ən yüksək gündəlik həcmi qeydə alınıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 27 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















