Tramp Hörmüzlə bağlı İrana xəbərdarlıq edib
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bütün minalardan təmizləndiyini bildirib.
Milli.Az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında yazıb.
Tramp Hörmüz boğazında bütün minaların zərərsizləşdirildiyini qeyd edib.
O cümlədən, İrana xəbərdarlıq edilib ki,
"Boğazda yeni minalar yerləşdirməyə çalışan istənilən gəmi və ya qayıq dərhal məhv ediləcək", - Tramp İrana xəbərdarlıq edib.
O, Kosmik Qüvvələr vasitəsilə Hörmüz boğazının hər yerini izlədiklərini vurğulayıb.
Tramp İranda nüvə materiallarının gizlədildiyi ehtimal edilən Koləng dağının və "əvvəllər məhv edilmiş" üç nüvə obyektinin də daimi nəzarətdə olduğunu diqqətə çatdırıb.
O, Hörmüz boğazında yeni minaların yerləşdirilməsinə dözüm nümayiş etdirilməyəcəyini bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Avqust 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















