Icma.az
close
up
RU
Tramp hücuma keçdi: Bu ölkəni də ələ keçirir

Tramp hücuma keçdi: Bu ölkəni də ələ keçirir

Icma.az, Olke.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Venesuelada rejim dəyişikliyi istiqamətində atdığı addımlardan sonra Karib hövzəsində növbəti mərhələyə keçib. Vaşinqtonun yeni strategiyası artıq gizlədilmir: məqsəd ABŞ-ın “arxa həyəti” hesab edilən bölgədə Rusiya və Çinin mövqelərini birdəfəlik sıradan çıxarmaqdır. Bu strategiyanın növbəti və əsas hədəfi isə Kubadır.

Kuba onilliklər ərzində əvvəl SSRİ-nin, daha sonra isə Rusiyanın təsir dairəsində olub. ABŞ-ın uzunmüddətli blokadası nəticəsində ada dövləti ağır sosial-iqtisadi böhranla üzləşib. Enerji asılılığı, ərzaq çatışmazlığı və maliyyə resurslarının tükənməsi Kubanı faktiki olaraq davamlı böhran rejimində saxlayıb. Məhz bu zəiflik Vaşinqton üçün indi əsas fürsətə çevrilib.

Venesuela ssenarisi Kubaya köçürülür

Venesuelada Nikolas Maduronun neytrallaşdırılması ilə nəticələnən proseslər Tramp administrasiyasına mühüm dərs verdi: enerji axınlarını kəsməklə siyasi çökmə sürətləndirilə bilər. Kuba illərdir Venesuela neftindən asılı vəziyyətdə idi. Trampın açıq bəyanatları və təzyiqləri nəticəsində bu xətt kəsildi. Venesuelanın ardınca Meksikanın da Kubaya neft ixracını dayandırması Havanaya vurulan ikinci ağır zərbə oldu.

Rəsmi Mexiko bu qərarı “suveren və texniki” addım kimi təqdim etsə də, proseslərin ardıcıllığı göstərir ki, Trampın təzyiq diplomatiyası artıq regionda real nəticə verir. ABŞ prezidentinin Kubanın “ipdən yapışdığını” və “çökmək üzrə olduğunu” açıq şəkildə deməsi isə Vaşinqtonun prosesləri nə qədər yaxın izlədiyini göstərir. 
Baxmayaraq ki, ABŞ rəsmiləri Meksikadan neft tədarükünü dayandırmasını açıq şəkildə istəməyiblər.

Çin faktoru: Vaşinqton üçün əsas təhlükə
Kubadakı vəziyyəti daha da həssas edən əsas amillərdən biri Çinin Karib hövzəsində fəallaşmasıdır. Rusiya zəiflədikcə Pekin boşluğu doldurmağa çalışır. Çin Kubaya siyasi, diplomatik və iqtisadi dəstəyini açıq şəkildə bəyan edir, ABŞ-ın blokada və sanksiya siyasətini kəskin şəkildə pisləyir.
Lakin Tramp administrasiyası üçün məhz bu məqam qəbuledilməzdir. ABŞ Kubanın Çinin Karibdə dayaq nöqtəsinə çevrilməsinə imkan vermək niyyətində deyil. Bu baxımdan Kubaya qarşı sərtləşən təcrid siyasəti təkcə Havana rejiminə yox, eyni zamanda Pekinə yönəlmiş mesajdır.

Sosial partlayış ssenarisi
Hazırkı proseslər göstərir ki, Kubaya qarşı iqtisadi boğma siyasəti daha da dərinləşdiriləcək. Enerji çatışmazlığı, inflyasiya, ərzaq böhranı və işsizlik fonunda sosial narazılıqların artması qaçılmaz görünür. Trampın strategiyası aydındır: daxili etirazları alovlandırmaq, mövcud hakimiyyəti zəiflətmək və Venesuela ssenarisinə bənzər şəkildə rejim dəyişikliyinə nail olmaq.
Bu proses hərbi müdaxilə olmadan, lakin maksimal iqtisadi və psixoloji təzyiq vasitəsilə həyata keçirilir. ABŞ üçün bu model həm daha az risklidir, həm də beynəlxalq müstəvidə “demokratiya” və “xalq iradəsi” pərdəsi altında təqdim edilə bilər.

 Trampın Karib hövzəsini ələ keçirməsini davamı
Baş verənlər onu göstərir ki, Kuba artıq sadəcə ada dövləti deyil, böyük güclər arasında növbəti geosiyasi toqquşma nöqtəsidir. Tramp administrasiyası Karib hövzəsini Rusiya və Çin üçün qapalı zonaya çevirməkdə qərarlıdır. Bu yolun sonu isə Kubada ya kəskin daxili partlayışa, ya da siyasi sistemin dəyişdirilməsinə aparır.
Venesueladan sonra Kuba… Növbəti hədəfin harası olacağı isə artıq bütün region üçün açıq sualdır.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri