Tramp icazə verdi: Rusiya ağır raketlərlə vurulacaq
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiyanın dərinliklərinə Amerika silahları ilə zərbə endirməsinə qarşı çıxmır.
Modern.az xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına açıqlamasında bildirib.
Kelloqun sözlərinə görə, prezidentin, vitse-prezident Ceyms Vensin və dövlət katibi Marko Rubionun açıqlamalarını nəzərə alsaq, Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə Tramp administrasiyasının razılıq verdiyini demək olar.
O qeyd edib ki, ABŞ-ın Kiyevə “Tomahawk” tipli raketlərin verilməsi ilə bağlı qərar hələ qəbul edilməyib. “Bu məsələ ilə bağlı yekun qərar yoxdur”, - deyə Trampın nümayəndəsi qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Kiyevin uzaqmənzilli Amerika silahlarından istifadə etməsinə qoyulan məhdudiyyətlərin götürülə biləcəyini istisna etməyib. Lakin ABŞ lideri hələlik bu istiqamətdə birbaşa öhdəlik götürməkdən yayınmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 29 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















