Tramp ikinci prezidentlik müddətində 1,4 milyard dollar varlanıb
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Trampın sərvəti hazırda 6,5 milyard dollar təşkil edir. Oxuməni.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Nəşrin məlumatına görə, ikinci prezidentlik müddətinin əvvəlindən Amerika lideri 1,4 milyard dollar daha varlı olub. Forbes siyahısında Donald Tramp hazırda dünyanın milyarderləri arasında 645-ci yerdədir. 2025-ci ildə o, 700-cü yerdə idi.
Forbes yazır: "Forbes-in son dünya milyarderləri siyahısına əsasən, prezidentin sərvəti hazırda 6,5 milyard dollardır ki, bu da bir il əvvəlkindən 1,4 milyard dollar çoxdur."
Forbes-in yazdığına görə, Amerika lideri uğurunu "böyük ölçüdə kriptovalyuta əməliyyatlarına borcludur". Son bir ildə o, “World Liberty Financial” tərəfindən buraxılan kriptovalyuta tokenlərinin satışından təxminən 550 milyon dollar qazanıb. Bu layihə 2024-cü ilin sentyabrında onun ailəsi tərəfindən başladılıb. Forbes-in hesablamalarına görə, o, Aryam Investment şirkətinin səhmlərinin bir hissəsinin satışından daha 200 milyon dollar əldə edib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















