Tramp İlham Əliyev və Nikol Paşinyanla Vaşinqtondakı görüşündən video yayımlayıb
Icma.az, 525.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki görüşünün görüntülərini əks etdirən video yayımlayıb.
525.az xəbər verir ki, videoda liderlərin çıxışlarından parçalar yer alıb.
“Ermənistan və Azərbaycan arasında həqiqətən tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaq mənim üçün şərəfdir”, - Tramp bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Trampa nizamlanmaya verdiyi töhfəyə görə təşəkkür edib, onun Qafqaza sülh gətirdiyini vurğulayıb.
“Buna görə minnətdarıq. Qarşıdurma, konfrontasiya və qan tökülməsi ilə bağlı səhifəni çevirəcəyik”, - o deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, bu böyük nailiyyət Trampın qlobal lider olmasına, dünya miqyasında dövlət xadimi və sülhməramlı kimi irsinə daha bir sübutdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Avqust 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















