Icma.az
close
up
RU
Tramp ilk müsahibəsini verdi: Olanlarda Baydeni günahlandırdı

Tramp ilk müsahibəsini verdi: Olanlarda Baydeni günahlandırdı

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk müsahibəsində sələfi Co Baydeni tənqid etdi.
Turkustan.az xəbər verir ki, 78 yaşlı ABŞ prezidenti Tramp bazar ertəsi axşam 4 illik fasilədən sonra qayıtdığı Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması, Meksika narkotik kartellərinin terrorçu elan edilməsi və digər məsələlərdən danışıb.

Tramp vəzifəyə gəldikdən iki gün sonra ilk televiziya müsahibəsini Fox News-dan Sean Hannity-yə verib. Keçmiş ABŞ prezidenti Co Bayden 2021-ci ildə vəzifəyə gəldikdə, prezident kimi ilk televiziya müsahibəsini vermək üçün 2021-ci ilin fevralına qədər gözlədi və Baydenin ilk uzun mətbuat konfransı martın sonuna qədər baş tutdu.

Trampın Hannity ilə müsahibəsinin ötən gün dərc olunan hissəsində əsasən daxili siyasət müzakirə edilib və Tramp Bayden administrasiyasının siyasətini geniş şəkildə tənqid edib.
2020-ci ildəki seçkilərdə uduzmasaydı, ABŞ-da inflyasiya olmayacağını, Əfqanıstandan geri çəkilmə böhranı, Rusiya-Ukrayna müharibəsi və 7 oktyabr 2023-cü il hücumunun heç vaxt baş verməyəcəyini müdafiə edən Tramp, bütün bu hadisələrin Bayden administrasiyasının “zəifliyi” səbəbindən baş verdiyini qeyd etdi.
ABŞ-ın son 4 ildə ciddi zəifliklər yaşadığını iddia edən Tramp, "Sadaladığım bütün problemlər həll edilə bilər. Ölkəmizi geri qazana bilərik, amma bu seçkilərdə qalib gəlməsəydik, həqiqətən ölkəmizi itirə bilərdik" dedi.
Baydenin səlahiyyət müddətinin son günlərində yaxın ətrafı və ailə üzvlərinin çoxunu bağışlamasına reaksiya verən Tramp, Baydenin özünü də bağışlaması lazım olduğunu söylədi.
"Bu adam ətrafda gəzən hər kəsi bağışladı. Gülməli, bəlkə də kədərlisi odur ki, özünü bağışlamadı. Əslində hər şey, yəni bütün pullar ona aid idi".

Yanğınların hələ də davam etdiyi Los-Ancelesə Demokratik administrasiyanın lazımı şəkildə müdaxilə edə bilmədiyini iddia edən Tramp, Kaliforniyanın şimalındakı su hövzələrində kifayət qədər su olmasına baxmayaraq, bu suyun Los-Anceles bölgəsinə gətirilməməsinin “bacarıqsızlıq” olduğunu bildirdi.
"Los-Ancelesə baxın, sanki nüvə bombası partladı".

Prezident transseksualların qadın idmanında iştirakını qadağan edərək seçki prosesi zamanı səsləndirdiyi addımla bağlı da qiymətləndirmələr aparıb.
Demokratların bu mövzuda Amerika xalqını dinləmədiyini müdafiə edən Tramp, "İnsanlar boks rinqində qadının kişi tərəfindən döyülməsini görmək istəmirlər. Qadın idmanında kişiləri başqa cür görmək istəmirlər. Uşağın oğlan kimi evdən ayrılıb iki gün sonra qız kimi qayıtmasını istəmirlər. Bu valideynləri narahat edən amildir".

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri