Tramp ilk uğura nail oldu Netanyahu zəng etdi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefonla danışıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir ABŞ-ın yeni seçilmiş Prezidenti Trampa Qəzzada saxlanılan girovların azad edilməsi razılaşmasının əldə edilməsinə göstərdiyi köməyə görə təşəkkür edib. Baş nazir bütün əsirlərin istənilən yolla geri qaytarılmasına dair öhdəliyini açıq şəkildə ifadə edib, Trampın Qəzzanın bir daha terror sığınacağı olmamasını təmin etmək üçün ABŞ-ın İsraillə birlikdə çalışacağına dair bəyanatlarını alqışlayıb”, - məlumatda deyilir.
Tərəflər həmçinin Qəzza ətrafındakı vəziyyəti və digər mühüm məsələləri müzakirə etmək üçün tezliklə Vaşinqtonda görüş keçirməyə razılaşıblar.
Qeyd edək ki, ötən gün Qəzzada atəşkəs və girovların qaytarılması ilə bağlı razılaşma əldə edilib. Atəşkəs 19 yanvardan qüvvəyə minəcək.
Baxış sayı:95
Bu xəbər 16 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















