Tramp impiçment ediləcək? ABŞ lideri qorxularından danışdı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp respublikaçıların noyabrda keçiriləcək konqres üçün ara seçkilərdə uduzacaqları təqdirdə demokratların onu impiçment edəcəkləri fikrindədir.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donald Tramp Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində öz tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Əgər biz ara seçkilərdə uduzsaq, məni impiçmentə məruz qoyacaqlar. Onlar (demokratlar - red.) məni impiçment etməyə hazırlaşırlar. Və hətta nə üçün olduğunu belə bilmirlər", - deyə o qeyd edib.
Donald Tramp ABŞ tarixində ilk prezidentdir ki, onun barəsində iki dəfə impiçment proseduru təşəbbüsü irəli sürülüb. Hər iki hal onun birinci prezident müddəti ilə bağlı olub, 2019 və 2021-ci illərdə baş verib və Konqres Senatı tərəfindən rədd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Avqust 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















