Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
Icma.az, Marja.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə başlamaq qərarından peşman olmadığını bildirib.
“Yenidən qərar verməli olsaydım, etdiyimin eynisini edərdim”, – Tramp ABŞ vaxtı ilə cümə axşamı “Fox News” telekanalının aparıcısı Laura İnqrama müsahibəsində deyib.
ABŞ Prezidenti aralıq seçkilərin nəticələrinə mümkün təsirinə baxmayaraq, İrana hücum qərarını yenə verəcəyini vurğulayıb.
“İran məsələsi olmasaydı, indi aralıq seçkilərdə qələbəyə doğru inamla irəliləyərdiniz”, – İnqram bildirib.
Tramp isə cavabında deyib: “Tutaq ki, qələbəyə doğru gedirdik və birdən İran nüvə silahı əldə etdi. Onlar bundan istifadə edərdilər”.
Onun sözlərinə görə, İran nüvə silahına sahib olsaydı, İsraili və Yaxın Şərqi “məhv etməyə”, həmçinin ABŞ şəhərlərini hədəfə almağa çalışardı.
Bu açıqlamalar bazarların İran müharibəsinin daha uzun müddət davam edə biləcəyi ehtimalını qiymətləndirdiyi vaxta təsadüf edir. “The Wall Street Journal” daha əvvəl Ağ Evin yüksəkvəzifəli müşavirlərinin müharibənin Trampın hazırkı prezidentlik müddətindən sonra da davam etməsi ehtimalını onunla müzakirə etdiklərini yazıb.
Tramp isə müharibənin aralıq seçkilərdən dərhal sonra başa çatacağını, neft və qaz qiymətlərinin də aşağı düşəcəyini bildirib. ABŞ Prezidenti son aylarda münaqişənin tezliklə yekunlaşacağını dəfələrlə bəyan edib.
Tramp “NewsNation”a ayrıca müsahibəsində İranın İordaniyadakı bazada ABŞ-yə məxsus bir neçə döyüş təyyarəsini vurması barədə məlumatları təkzib edib.
“Zərər yoxdur. Heç nə baş verməyib”, – ABŞ Prezidenti bildirib.
ABŞ İrana iqtisadi təzyiqi artırır
Vaşinqton İranı beynəlxalq maliyyə şəbəkəsindən təcrid etmək istiqamətində tədbirlərini davam etdirir. ABŞ-nin maliyyə naziri Skott Bessent gələn həftə “böyük bir banka” qarşı sanksiyaların elan ediləcəyini bildirib.
“Bunu bazar ertəsi edəcəyik. Çünki 11 sentyabrda həyatını itirən vətəndaşlarımızın xatirəsini yad etmək istəyirik. Bazar ertəsi açıqlamalarımızı izləyin”, – Bessent deyib.
Nazirin sözlərinə görə, ABŞ administrasiyası Misirin ikinci ən böyük bankının Dubaydakı filiallarına sanksiya tətbiq edib və onların fəaliyyətini dayandırıb. Bessent həmin bankın İrana 1,8 milyard dollar verdiyini iddia edib.
O, həmçinin İrana maliyyə vəsaiti ötürdüyü bildirilən “Türkiyənin ən böyük bankı”na qarşı da sanksiya tətbiq olunduğunu deyib. Lakin nazir bankların adlarını açıqlamayıb.
“NewsNation” müsahibəsində Trampdan İranın mövcud iqtisadi təzyiqlərə necə müqavimət göstərə bildiyi də soruşulub.
“Onların buna nə qədər davam gətirə biləcəyini bilmirəm. Ancaq məsələ seçkilərdən sonra, bəlkə də daha tez həll ediləcək. İstənilən halda, seçkilərdən dərhal sonra həll olunacaq”, – Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















