Tramp İran rəhbərliyini ikiüzlü adlandırıb
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
APA xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, İran rəsmiləri bir tərəfdən yaxın vaxtlarda danışıqların davam etdirilməsi üçün görüş istədiklərini deyir, digər tərəfdən isə ictimai şəkildə heç bir müzakirənin aparılmadığını və yalnız Omanla əlaqə saxladıqlarını iddia edirlər.
ABŞ Prezidenti, həmçinin Hörmüz boğazının artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və Vaşinqtonun tətbiq etdiyi blokadanı “ABŞ-ın polad divarı” adlandırıb. Onun sözlərinə görə, razılaşma əldə olunmayınca və ya İran tam təslim olmayınca ölkəyə heç nə daxil olmayacaq və ölkədən heç nə çıxmayacaq.
Tramp əlavə edib ki, ABŞ uzun illərdir İranın yaratdığı problemin həlli üzərində işləyir və bir daha vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 03 Avqust 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















