Tramp İran üçün “yaxşı bir lider” istəyir...
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ administrasiyası hərbi əməliyyatlar başa çatdıqdan sonra İrana rəhbərlik etmək üçün bir neçə mümkün namizədi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.
“Biz istəyirik ki, onların yaxşı lideri olsun. Bu vəzifənin öhdəsindən gələ biləcək bir neçə namizədimiz var”, - o qeyd edib.
Ancaq Tramp konkret namizədlərin adını çəkməkdən imtina edib.
Tramp həmçinin bildirib ki, ABŞ onun siyahısındakıların hərbi əməliyyat zamanı ölməməsi üçün tədbirlər görür.
O, buna görə vəziyyətə nəzarət etdiklərini qeyd edib.
“Biz (İrana) gəlib hər şeyi təmizləmək istəyirik. Biz istəmirik ki, kimsə gəlib 10 il ərzində hər şeyi yenidən bərpa etsin”, - ABŞ Prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:Tramp: ABŞ İran üçün yaxşı bir lider istəyir ki, 10 il ərzində hər şeyi bərpa edə bilsin
06 Mart 2026 10:25
Razılaşma üçün yaxşı bir şans var Tramp
16 Avqust 2025 03:17
Tramp: Vaşinqtonla danışıqların bərpası İran üçün ən yaxşı variant olardı
13 Oktyabr 2025 17:44
“ABŞ üçün nəyin yaxşı olduğunu hamıdan yaxşı bilirəm” Tramp
21 İyul 2025 11:06
Tramp: Amerika üçün Çinlə yaxşı anlaşma etməliyik
10 May 2025 11:13
Baxış sayı:115
Bu xəbər 06 Mart 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















