Tramp: İran və ABŞ arasında demək olar ki, razılıq əldə olunub
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ lideri Donald Trampın sözlərinə görə, o, hazırlıq mərhələsində olan memorandumla bağlı Yaxın Şərqin bir neçə ölkə rəhbəri ilə məhsuldar danışıqlar aparıb. İndi tərəflərə yalnız sülh planının bütün bəndlərini tam rəsmiləşdirmək qalıb, bundan sonra sənəd ictimaiyyətə elan olunacaq.
Bizim.Media xəbər verir ki, "Axios" nəşrinin iddiasına görə, hazırlanan sənəddə bu bəndlər yer alır:
Atəşkəsin uzadılması: Mövcud atəşkəs rejiminin daha 60 gün müddətinə uzadılması nəzərdə tutulur.
Sanksiyaların yumşaldılması: ABŞ İran limanlarının blokadasını qaldıra və bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları qismən yumşalda bilər.
Hərbi mövcudluq: Tammiqyaslı yekun saziş imzalanana qədər ABŞ-ın İran ətrafındakı hərbi mövcudluğu qorunub saxlanılacaq.
Nüvə öhdəlikləri: Tehranın nüvə silahı əldə etmək iddiasından imtina etməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı danışıqların aparılması tələb olunur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 24 May 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















