Tramp İran və husiləri bir daha HƏDƏLƏDİ: “Əgər bunu etsələr…”
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Qırmızı dənizdə gəmilərə növbəti hücumların baş verəcəyi təqdirdə İran və husilərin ciddi hərbi cəza ilə üzləşəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
"Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya müdaxiləsinə, gəmilərə atəş açmasına görə onlara çox güclü zərbələr endirdi. O vaxtdan bəri və İranla münaqişəmiz dövründə onlar çox məsuliyyətli davranırdılar. Təəssüf ki, indi onlar yenidən fəaliyyətə başlayıblar və ötən axşam iki Səudiyyə Ərəbistanı gəmisini atəşə tutublar.
Əgər onlar bunu yenidən etsələr, ABŞ məsuliyyəti İranın üzərinə qoyacaq. Çünki husilər İranın nümayəndəsi və ya onun vasitəçisidir. İrana, eləcə də husilərin özünə qarşı ciddi hərbi cəza tətbiq olunacaq. İndiyədək onların çox peşəkar və ağıllı davrandığını düşündüyüm üçün məyusam", – deyə Tramp bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 23 İyul 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















