Tramp İrana 48 saat vaxt verdi “Cəhənnəm üzərlərinə çökməmiş...”
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
"İranın Hörmüz boğazını açmaq və ya ABŞ ilə sövdələşmə imzalamaq üçün 48 saat vaxtı qalıb".
Hurriyyet.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Yadda saxlayın, mən İrana sövdələşmə bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt vermişdim. Vaxt bitir — bütün cəhənnəm onların üzərinə çökməmişdən əvvəl 48 saat qalıb", - deyə o yazıb.
Aprelin 2-də Tramp bəyan etmişdi ki, yaxın iki-üç həftə ərzində Birləşmiş Ştatlar İrana güclü zərbələr endirəcək və ölkəni "daş dövrünə qaytaracaq".
Martın 30-da Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirmişdi ki, Tramp aprelin 6-na qədər İranla sövdələşmə bağlamaq istəyir. Həmçinin "Wall Street Journal" qəzeti yazıb ki, Tramp müşavirlərinə Hörmüz boğazı açılmadan da İrana qarşı əməliyyatı bitirməyə hazır olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 04 Aprel 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















