Tramp İrana hücum əmrini verəcək? F 35 KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu gün İrana məxsus “Shahed-139” dronu ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcısına yaxınlaşmağa cəhd edib. Aviadaşıyıcıdan qalxan F-35 təyyarəsi dronu vurub. Bir qədər sonra SEPAH-a məxsus 2 ədəd sürət kateri ABŞ ticarət gəmisinə yaxınlaşıb. Onlar gəmini ələ keçirməyə çalışıblar, lakin yaxınlıqdakı ABŞ hərbi gəmisi hadisə yerinə yönəldikdən sonra iranlılar uzaqlaşıb”.
KONKRET.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında paylaşıb.
“Bundan əlavə, ABŞ mediasının (Axios) məlumatına görə, İran hökuməti bu həftə İstanbulda ABŞ nümayəndə heyəti ilə planlaşdırılan görüşdən imtina edib. İran tərəfi görüşün Omanda, başqa ölkələrin iştirakı olmadan ikitərəfli formatda keçirilməsini və yalnız nüvə mövzusunun müzakirəsini istəyib” – Ş. Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, İranın öz mövqeyini sərtləşdirməsi göz önündədir: “Bu cəsarət qarşı tərəfin tərəddüdlərindən qaynaqlanır. Trampın hərbi variantı seçməyə həvəsli olmadığını İran da görür. Tramp ehtiyatlanır ki, hücum əmri verərsə, İranın cavab addımları bölgədə böyük müharibəyə, vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər. O, uzanacaq bir savaş qəti istəmir.
İran rejimi isə bütün bunları düşmənin zəifliyi kimi qiymətləndirərək onu geri çəkilməyə vadar edə biləcəyini, bununla da Əsədin devrilməsi ilə başlayıb, 12 günlük müharibə ilə yekunlaşan dövrdə sarsılan nüfuzunu bərpa edəcəyini düşünür. Lakin bu perspektivin cazibəsinə qapılıb rasionallıqdan uzaqlaşmaq İrana baha başa gələ bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Fevral 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















