Tramp İrana iki gün vaxt verdi Hər şeyi məhv edəcəyəm
Icma.az bildirir, Unikal.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp ABŞ-nin İranla "dərin danışıqlar apardığını" və çərşənbə axşamına qədər razılaşma əldə edilə biləcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, Axios-a verdiyi müsahibəsində danışıb.
"Yaxşı bir şans var, amma razılaşma əldə etməsələr, hər şeyi məhv edəcəyəm", - deyə o bildirib.
ABŞ prezidenti razılığa gəlinməsə, İran vətəndaşları üçün həyati əhəmiyyət kəsb edən infrastrukturu məhv etməklə hədələyib.
"Axios" müxbirinin günahsız İran vətəndaşlarına zərər vurmaqdan qorxub-qorxmadığı ilə bağlı sualına cavab olaraq Tramp hökumətlərinə qarşı çıxan vətəndaşların "rejimi zəiflətmək" üçün bu cür hücumları dəstəkləyəcəyinə inandığını bildirib.
"Onlar qorxu içində yaşayırlar. Onlar müharibənin ortasında gedəcəyimizdən qorxurlar, amma getməyəcəyik", - deyə Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 05 Aprel 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















