Icma.az
close
up
RU
“Tramp İrana qarşı məhdud zərbə variantını nəzərdən keçirir“ “The Wall Street Journal“

“Tramp İrana qarşı məhdud zərbə variantını nəzərdən keçirir“ “The Wall Street Journal“

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Vaşinqton təzyiq ssenarisini masada saxlayır, Tehran isə Moskva ilə koordinasiyanı gücləndirir..."

ABŞ prezidenti Donald Tramp İrana qarşı məhdud hərbi zərbə endirmək variantını nəzərdən keçirir. Məqsəd Tehrana təzyiq göstərmək və onu nüvə sazişi üzrə Vaşinqtonun tələblərini qəbul etməyə məcbur etməkdir.

Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.

Qəzetin mənbələrinə görə, ilk zərbə yaxın günlərdə endirilə bilər və əsas hədəflər hərbi və ya hökumət obyektləri olacaq. Planın məntiqi belədir: əgər İran uranın zənginləşdirilməsini dayandırmaqla bağlı tələbi qəbul etməzsə, ABŞ daha genişmiqyaslı kampaniyaya keçə bilər. Ağ Evdə həm məhdud "sınaq zərbələri", həm də bir neçə həftəlik intensiv hərbi əməliyyat ssenarisi müzakirə olunur.

Tramp bildirib ki, qərarını 10-15 gün ərzində verəcək: "Ya razılaşma olacaq, ya da onu başqa yolla əldə edəcəyik".
Bəzi amerikalı rəsmilər və analitiklər xəbərdarlıq edir ki, bu cür addım İranın cavab zərbələrinə səbəb ola və ABŞ-ı Yaxın Şərqdə daha geniş müharibəyə sürükləyə bilər.

Hərbi aktivlik və diplomatik gərginlik

Gərginlik fonunda ABŞ regionda hərbi mövcudluğunu artırır. "USS Gerald R. Ford" aviadaşıyıcısı Aralıq dənizinə daxil olub və müşayiətçi döyüş gəmiləri ilə birlikdə Yaxın Şərq istiqamətində irəliləyir. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarənin Avropa və region bazalarına yönləndirildiyi bildirilir.

Eyni zamanda "Bloomberg" nəşri qeyd edir ki, mümkün hərbi qərar martın 2-də Vyanada başlayacaq MAQATE-nin iclası ilə eyni vaxta təsadüf edə bilər. Diplomatik mənbələr yeni qətnamənin qəbulunun Vaşinqtona daha sərt addımlar üçün formal əsas yarada biləcəyini istisna etmir.

Tehran isə danışıqların tam pozulmadığını iddia edir. İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, ABŞ "sıfır zənginləşdirmə" tələbi irəli sürməyib və tərəflər nüvə proqramının dinc xarakterini sübut edəcək mexanizmləri müzakirə edir. O, yeni çərçivə sənədinin yaxın günlərdə hazır ola biləcəyini deyib.

Bununla yanaşı, Cenevrə danışıqlarından sonra Rusiya ilə təmaslar intensivləşib. Rusiya XİN rəhbəri Sergey Lavrov İranın "qanuni hüquqlarına hörmət" prinsipini dəstəklədiklərini bəyan edib və ABŞ-ın tələblərini "qeyri-korrekt" adlandırıb.

Təhdid məktubu və qarşılıqlı ultimatumlar

İranın BMT-dəki daimi nümayəndəsi Baş katib Antonio Quterrişə məktub göndərərək xəbərdarlıq edib ki, hərbi təcavüz olacağı təqdirdə regiondakı ABŞ bazaları və müttəfiq obyektlər "qanuni hədəf" sayılacaq. Məktubda qeyd olunur ki, mümkün nəticələrə görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşəcək.

Beləliklə, tərəflər həm diplomatik, həm də hərbi rıçaqları paralel işə salıb. Tramp administrasiyası təzyiq strategiyası ilə saziş əldə etməyə çalışır, Tehran isə güzəştləri minimum səviyyədə saxlamaqla vaxt qazanmağa və beynəlxalq dəstəyi artırmağa çalışır. Regionda isə hər an nəzarətdən çıxa biləcək təhlükəli balans formalaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri