Tramp: İrana sabah zərbə endirəcəkdik... Təcili
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Qətər Əmiri Təmim bin Həməd əs-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan məndən İran İslam Respublikasına qarşı sabah planlaşdırılan hərbi hücumumuzu təxirə salmağı xahiş etdilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, hazırda ciddi danışıqlar aparılır və region liderlərinin fikrincə, saziş bağlanması məqbul variant olar:
“Yuxarıda adı çəkilən liderlərə hörmətimə əsaslanaraq, hərbi nazir Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Daniel Keynə və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sabah İrana planlaşdırılan hücumu təxirə salmağı, lakin məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə dərhal İrana tammiqyaslı, genişmiqyaslı hücum etməyə hazır olmalarını tapşırdım”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 May 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















