Icma.az
close
up
RU
Tramp İranda istədiyinə nail ola biləcəkmi?

Tramp İranda istədiyinə nail ola biləcəkmi?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranı danışıqlar masasına qaytarmağa çalışdığı barədə ABŞ mediasında yayılan məlumatları təkzib edib.

Tramp sosial media hesabında məsələ ilə bağlı paylaşım edib.

O, “ABC News”-un ABŞ administrasiyasının Tehranı danışıqlara cəlb etməyə çalışdığı barədə yaydığı məlumatın doğru olmadığını bildirib.

ABŞ Prezidenti İranın ABŞ üçün "dəyərsiz” hesab etdiyi bir razılaşmanı imzalayıb-imzalamamasının onun üçün əhəmiyyət daşımadığını qeyd edib.

Tramp, həmçinin ABŞ-nin hazırkı strateji mövqeyinin daha güclü olduğunu iddia edib.Onun sözlərinə görə, Hörmüz boğazı demək olar ki, tam nəzarət altındadır.

ABŞ Prezidenti İran iqtisadiyyatının çökmə mərhələsində olduğunu və Tehran rəhbərliyinin qaçılmaz olanı yalnız təxirə salmağa çalışdığını da irəli sürüb.Tramp paylaşımının sonunda İran xalqına müraciət edərək bu sualı verib:

"İran xalqı nə vaxt ayağa qalxıb döyüşəcək?”

Trampın açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda səslənib.

Məhz ABŞ-İran müharibəsi zamanı Tehranda gözlənilən daxili üsyan baş verməsə də, Prezident Donald Trampın son bəyanatı Vaşinqtonun İrana qarşı yenidən hərbi əməliyyatlardan daha çox iqtisadi təzyiq və daxili narazılıqlar üzərindən təzyiq strategiyasına üstünlük verdiyi barədə müzakirələri gündəmə gətirib. 

Maraqlıdır, yoxsa Tramp İranı içindən parçalamaqla bağlı köhnə planına yenidən qayıdır? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, ABŞ-nin İranı daxildən zəiflətmək və parçalamaq planları rəsmi Tehranın Vaşinqtonun yeni dünya nizamı ilə bağlı geosiyasi baxışlarını bölüşməməsi ilə əlaqədardır:

“Digər tərəfdən, İran nəhəng enerji resurslarına və zəngin təbii sərvətlərə malik ölkədir. Donald Tramp ABŞ-nin əvvəlki qüdrətini bərpa etmək məqsədilə bu resurslar üzərində nəzarəti ələ keçirmək istəyini son dövrlərdə artıq gizlətmir. 

Nəhayət, ABŞ Yaxın Şərqdəki strateji müttəfiqi İsrailin sifarişi və təhriki ilə İrandakı siyasi rejimi aradan qaldırmağa çalışır. İranın nüvə proqramı ilə bağlı iddialar isə bu təcavüzə haqq qazandırmaq üçün sadəcə bəhanədir.

Rəsmi Tehranın ABŞ və İsrailin Yaxın Şərq siyasətinə digər müsəlman ölkələrindən fərqli mövqe sərgiləməsi, eləcə də Yəmən və Livandakı proksi qüvvələrə maliyyə, siyasi və hərbi dəstək verməsi İranı Vaşinqton və Təl-Əviv üçün bölgədə ən dözülməz dövlət statusuna ucaldıb.
Buna görə də Trampın Netanyahu ilə uzlaşdırdığı siyasətin əsasında “Karfagen dağılmalıdır” prinsipi dayanır”.

Politoloq əlavə edib ki, İrana qarşı hərbi müdaxilə effekt vermədiyindən ABŞ yenidən illər əvvəl bəyan etdiyi siyasətə qayıdıb:

“İqtisadi sanksiyalar, beynəlxalq aləmdən təcrid etmə siyasəti ilə İran iqtisadiyyatının aparıcı sahələrini, bank sistemini hədəfə alıb. Ölkədə sosial narazılığı gücləndirmək, etnik zəmində toqquşmalarla cəmiyyətin monolitliyini parçalamaq istəyir. İranda insan haqları, qadın azadlıqları, milli dildə təhsil və s. ABŞ-nin muraciət etdiyi mövzulardır.

Lakin ABŞ informasiya müharibəsinin aparılmasında onun maraqlarına xidmət edə biləcək müxalifətin siyasi səhnəyə gətirilməsi işində hər hansı ciddi uğura nail ola bilməyib. 

Onun İran daxilində rəngli inqilabları həyata keçirə biləcək intitutları zəifdir. Bu institutlar İranda monarxiyanın bərpasına çağırış şuarları ilə çıxış edirlər və əsasən İrandan kənar fəaliyyət göstərən mərkəzlərdir.

Pəhləvilərin hakimiyyətə qayıdışı ilə bağlı çağırışlar isə onların iqtidarı dövründə korrupsiyadan əziyyət çəkən İran cəmiyyətində nostalji və ya sosial rezonans doğurmur”.

Onun sözlərinə görə, rəsmi Tehranın İran cəmiyyətinin əsas tələb və ehtiyaclarını ödəməyə yönəlmiş proteksionist siyasəti ölkənin xarici aləmdən idxal asılılığını kəskin şəkildə artırmağa imkan vermir:

“İrana müdaxilə etməklə ABŞ özünün əsl niyyətini ortaya qoymuş oldu və İran hakimiyyətinin əzabkeş obrazının növbəti dəfə formalaşmasına, əslində, ona “ayı xidməti” göstərmiş oldu.

Tarixi təcrübə göstərir ki, belə hallarda cəmiyyət hakimiyyət ətrafında daha sıx birləşir. Bu isə İran cəmiyyətində monolitliyin daha da güclənməsinə xidmət edən siyasi və sosial, habelə psixoloji faktordur”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Tramp Elşən Manafov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Sentyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri