Tramp: İrandakı müharibə çox yaxın zamanda başa çatacaq
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp İrandakı müharibənin çox yaxın zamanda başa çatacağını və müharibə bitdikdən sonra neft qiymətlərinin aşağı düşəcəyini bildirib.
Sherg.az xəbər verir ki, Tramp rəsmi təmaslar üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. O, İrlandiya Prezidenti Ketrin Konolli ilə görüşündən sonra jurnalistlərə açıqlama verib.
Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı danışan Tramp “Hər şey çox yaxşı şəkildə yoluna düşəcək” deyib.
“İrandakı müharibə çox yaxın zamanda başa çatacaq”, - deyə Tramp bildirib. O, müharibə başa çatdıqdan sonra neft qiymətlərinin aşağı düşəcəyini söyləyib.
Səudiyyə Ərəbistanında boru kəmərinə edilən hücumla bağlı danışan Tramp hücumun arxasında böyük ehtimalla İranın dayandığını deyib.
“Çox güman ki, hücumun məsuliyyəti İranın üzərinə düşür. Husilər bizimlə müharibə aparmaq istəmirlər”, - deyə ABŞ Prezidenti bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Sentyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















