Tramp İrandakı yeni nüvə obyektinə hücum etməyi planlaşdırır
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Natanz yaxınlığındakı ehtimal edilən yeni nüvə obyektində fəaliyyət davam edəcəyi təqdirdə, Vaşinqton İrana sarsıdıcı zərbə endirə bilər".
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp milli qurultayda çıxışında deyib.
"Kirka dağında müəyyən hərəkətlilik müşahidə edirik. İrana hiyləgərlik etməməyi məsləhət görərdim, əks halda onlara çox ağır zərbə vurmağa məcbur olacağıq. Başqa yolumuz yoxdur", - deyə Tramp ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkisi ərəfəsində hakim Respublikaçılar Partiyasının Dallasdakı milli qurultayında çıxışı zamanı qeyd edib.
Ağ Ev lideri Birləşmiş Ştatların birbaşa Kirka dağına da zərbə endirə biləcəyini istisna etməyib. "Kiminsə dediyinə görə, obyektdə kiçik bir fəaliyyət var. Ehtimal ki, oraya da zərbə endirməli olacağıq", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















