Tramp İranı çökdürməyə hazırlaşır Yeni planın DETALLARI
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Donald Tramp administrasiyası İranın iqtisadi təhlükəsizliyini məhv etməklə Tehrana qarşı yenilənmiş sanksiya siyasətinə başlamaq niyyətindədir”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
Onun sözlərinə görə, Vaşinqton İslam Respublikasının neft sektorunu bloklamaq və İranın müdafiə sənayesini çökdürməyi planlaşdırır.
Bundan əlavə, Ağ Ev artıq qorxu effekti yaratmaq məqsədilə beynəlxalq dənizlərdən keçən İran neft tankerlərinin dayandırılması və yoxlanılması ssenarisini diqqətlə öyrənməyə başlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp martın 6-da İranın Ali lideri Əli Xameneiyə məktub göndərərək, danışıqlar aparacaqlarına ümid etdiyini vurğulayıb. "İran danışıqlara getməsə, bu, onlar üçün çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var", - Tramp deyib.
Bizim.Media
