Tramp İranı təhdid etdi: “Razılaşmanın əldə olunacağına əmin deyiləm”
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
“İrana doğru hərəkət edən qüvvə əvvəllər Venesuela sahillərində yerləşdirilən qüvvələrdən daha böyükdür”
“İranla danışıqlar hazırda davam edir. Nüvə sazişinin olmaması İran üçün mənfi nəticələrə gətirib çıxaracaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Hazırda İranın nüvə proqramını müzakirə edirik. İndi İrana doğru hərəkət edən gəmilərimiz var, həm də ən böyükləri, ən yaxşıları. Və biz hazırda İranla danışıqlar aparırıq. Hər şeyin necə olacağını görəcəyik”, Amerika lideri vurğulayıb.
Tramp əlavə edib ki, hələ nə edəcəyini bilmir, amma İrana doğru hərəkət edən “böyük qüvvə" əvvəllər Venesuela sahillərində yerləşdirilən qüvvələrdən daha böyükdür.
"Danışıqlarda razılaşma əldə etmək istərdim. Bunun baş verəcəyinə əmin deyiləm. Biz indi onlarla danışırıq, İranla danışırıq. Əgər bir növ razılığa gələ bilsək, bu, əla olardı. Əks təqdirdə, pis şeylər baş verəcək", - deyə Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Fevral 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















