Tramp: İranın başa düşdüyü yeganə şey bombadır
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı iki - yeni hərbi zərbələr endirmək və ya sanksiyaların davam etdirilməsinin Tehranı nüvə silah proqramını dayandırmaq üzrə danışıqlara məcbur edib-etməyəcəyini gözləmək seçimləri arasında tərəddüd edir.
Bakupost.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadla bildirib.
Trampın bəzi müşavirləri hesab edirlər ki, hazırda Hörmüz boğazı üzərində təzyiq saxlanmalı və bunun daha da artırılması üçün İrana qarşı əlavə iqtisadi sanksiyalar tətbiq olunmalıdır.
Məlumata görə, ABŞ Prezidenti hökumətdən kənar bəzi şəxslərlə də məsləhətləşib və ona bu çıxılmaz vəziyyətdən çıxış yolu kimi hərbi addımların gündəmə gətirilməsi tövsiyə olunub.
Trampın müşavirlərindən birinin sözlərinə görə, o, yaxın çevrəsi ilə söhbətində belə deyib: “İranın başa düşdüyü yeganə şey bombadır”.
Bu mövzuda digər xəbərlər:Tramp hədələdi: İranın başına pis bir şey gələcək
29 Mart 2025 01:04
İranın istəyi qəbul edəcəyim bir şey deyil Tramp
14 Mart 2026 10:56
İranın yeganə qələbəsi süni intellektlə yaratdıqlarıdır Tramp
16 Mart 2026 12:11
İranın düşdüyü hazırkı vəziyyət... Sabir Rüstəmxanlı
03 Mart 2026 01:28
“Edə bilməyəcəkləri yeganə şey onu “Tramp Boğazı” adlandırmaqdır”
15 Aprel 2026 18:57
Baxış sayı:138
Bu xəbər 28 Aprel 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















