Tramp: İranın sanksiyaların ləğvindən əldə edəcəyi vəsait ABŞ dən ərzaq alınmasına yönəldiləcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 23 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması nəticəsində əldə olunacaq vəsaitin ABŞ-dən kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu vəsaitin böyük həcmdə olacağına ümid etdiyini ifadə edib. Onun sözlərinə görə, administrasiyanın İranla bağlı əldə etdiyi son irəliləyişlər çərçivəsində qarğıdalı, soya və digər kənd təsərrüfatı məhsulları amerikalı fermerlərdən satın alınacaq.
“Dondurulmuş vəsaitlərin istifadəsi ABŞ fermerlərindən ərzaq məhsullarının alınmasına yönəldiləcək. Fermerlərimiz bundan çox məmnundurlar. Bu məsələ ilə bağlı çoxlu zənglər almışam və onlar qərarı yüksək qiymətləndiriblər”, – deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 23 İyun 2026 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















