Icma.az
close
up
RU
Tramp İranın yeni sülh təklifini “qəbuledilməz” adlandırıb

Tramp İranın yeni sülh təklifini “qəbuledilməz” adlandırıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranın yeni sülh təklifini “qəbuledilməz” adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin KAN telekanalı məlumat yayıb.

“Bu, mənim üçün qəbuledilməzdir. Mən planı araşdırdım, hər şeyi nəzərdən keçirdim - bu, qəbuledilməzdir”, — deyə Tramp sosial mediada telekanala müsahibəsində bildirib.

Eyni zamanda, Tramp Tehranın ABŞ ilə razılığa gəlməyə çalışdığına əminliyini bir daha ifadə edib.

İran Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ-nin İranın təkliflərinə cavab aldığını və hazırda onu araşdırdığını bildirmişdi.

“Əl-Cəzirə”nin məlumatına görə, İranın təklifi 14 bənddən ibarətdir və münaqişənin 30 gün ərzində başa çatdırılmasını nəzərdə tutur. Buraya İranın gələcəkdə ABŞ tərəfindən hücumlara məruz qalmayacağına dair zəmanətlər, eləcə də ABŞ qoşunlarının İrana yaxın ərazilərdən çıxarılması tələbi daxildir.

Təklifdə, həmçinin ABŞ-dən İranın dəniz blokadasını dayandırmaq, ölkəyə qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etmək, İran aktivlərinin dondurulmasına son qoymaq və təzminat ödəmək tələbləri yer alır.

Bununla yanaşı, sənəddə bütün cəbhələrdə, xüsusilə Livanda münaqişənin dayandırılması və “Hörmüz boğazı üçün yeni mexanizm”in tətbiqi də qeyd olunur.

Lakin Tehranın təklifində İranın nüvə proqramı məsələsi əksini tapmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri