Tramp İranın yeni təklifinə belə cavab verdi
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazının açılması və nüvə danışıqlarının bərpası müqabilində irəli sürdüyü 7 günlük atəşkəs təklifini qəbul etmədiyi iddia olunur.
"Cebheinfo.az" xəbər verir ki, “The Wall Street Journal” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp köməkçilərinə noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı hərbi zərbələrin yenidən başlaya biləcəyini bildirib.
Məlumata əsasən, Tehran ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması qarşılığında Hörmüz boğazının yenidən açılmasını və nüvə proqramı üzrə danışıqların bərpasını təklif edib.
ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton həm İrana, həm də vasitəçi ölkələrə Tramp administrasiyasının dəniz blokadasını ləğv etmək niyyətində olmadığını çatdırıb. Ağ Ev hesab edir ki, iqtisadi təzyiqin davam etdirilməsi Tehranı ABŞ və Fars körfəzi ölkələri üçün daha əlverişli şərtlərlə razılaşmaya məcbur edə bilər. Eyni zamanda, Qətər və digər regional vasitəçilərin BMT Baş Assambleyasının sessiyası çərçivəsində tərəflər arasında dialoqu bərpa etmək üçün təmaslarını davam etdirdiyi qeyd olunur.
ABŞ rəsmilərindən biri Vaşinqtonla Tehran arasında nüvə məsələsi də daxil olmaqla, vasitəçilər üzərindən danışıqların davam etdiyini deyib.
Bildirilib ki, ABŞ-nin rəhbərliyi ilə Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidini təmin etməyə yönələn səylər razılaşmanın təcili xarakterini müəyyən qədər azaldıb.
Nəşr yazır ki, Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına həvəsli deyil.
Rəsmilər bunu ABŞ-nin azalan sursat ehtiyatlarını digər mümkün böhranlar üçün qorumaq istəyi ilə əlaqələndirirlər.
Qeyd olunur ki, Trampın mümkün hərbi əməliyyatlarının miqyası hələ dəqiq müəyyənləşməyib və qarşıdakı həftələrdə müharibənin gedişi, eləcə də aralıq seçkilərin nəticələri fonunda Vaşinqtonun mövqeyi dəyişə bilər.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















