TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI Pakistanın müraciətini nəzərə alıb...
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Pakistanın tələbi əsasında İran tərəfinin razılaşma təklifini təqdim etməsinə qədər atəşkəsin uzadıldığını bəyan edib.
Tramp sosial media hesabında etdiyi paylaşımda qeyd edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif və Baş Qərargah rəisi Asim Munir tərəfindən edilən müraciət əsasında İranın lideri və nümayəndələri ortaq təklif təqdim edənədək atəşkəs qüvvədə qalacaq.
Tramp əlavə edib ki, Silahlı Qüvvələrə Hörmüz Boğazı ətrafında blokadanın davam etdirilməsi və digər bütün istiqamətlərdə yüksək hazırlıq vəziyyətində qalınması ilə bağlı göstəriş verilib. O vurğulayıb ki, İranın təkliflərini təqdim etməsinə və danışıqların yekunlaşmasına qədər atəşkəs uzadılacaq.
"AzPolitika.info"
Baxış sayı:155
Bu xəbər 22 Aprel 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















