Tramp İranla bağlı son qərar vermək üçün Ağ evdə komandası ilə görüşür
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton, 29 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranla bağlı son qərar vermək üçün Ağ evdə Vəziyyət Otağında görüş keçirtdiyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Truth” sosial mediasında yazıb. O razılaşmaya yaxın olduğuna işarə edib və bildirib ki, Hörmüz boğazı hər iki istiqamətdə məhdudiyyətsiz gəmi hərəkəti üçün dərhal açıq və rüsumsuz olmalıdır. Onun sözlərinə görə, bütün su minaları ləğv ediləcək.
“İndi aradan qaldırılacaq misli görünməmiş dəniz blokadamız səbəbindən boğazda qalan gəmilər qayıtmaq prosesinə başlaya bilər. Bəzən "Nüvə tozu" adlandırılan və 11 ay əvvəl güclü bombardmançı təyyarəmizin hücumu nəticəsində yaranan, demək olar ki, dağılmış zənginləşdirilmiş material ABŞ tərəfindən İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx koordinasiya və əməkdaşlıq çərçivəsində aşkar ediləcək və məhv olunacaq. Növbəti xəbərdarlığa qədər heç bir pul mübadiləsi aparılmayacaq. Daha az əhəmiyyət kəsb edən digər maddələr barədə razılıq əldə edilib. Son qərarı vermək üçün indi Vəziyyət Otağında görüşəcəyəm”,-deyə Tramp əlavə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Məlahət Nəcəfova
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:254
Bu xəbər 29 May 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















