Tramp İranla bağlı tarix verdi: Müharibə başa çatmış olacaq
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp “İranla müharibə ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra başa çatmış olacaq” deyib.
Sherg.az xəbər verir ki, Donald Tramp İrlandiyada jurnalistlərə gündəmlə bağlı açıqlamalar verib. İran tərəfinin razılaşma əldə etməyi çox istədiyini bildirən Tramp deyib:
“İranla müharibə noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl də başa çata bilər, amma seçkilərdən sonra başa çatmış olacaq. Bununla yanaşı, yanacaq qiymətləri də çox sürətlə aşağı düşəcək. Lakin yaxşı olmayan heç bir razılaşmaya imza atmayacağam.”
Tramp çıxışında Ukrayna Prezidenti Volodimir Zelenskiyə də çağırış edib. Zelenskinin etməli olduğu yalnız bir şeyin olduğunu bildirən Tramp deyib:
“Rusiyadakı dizel yanacağına zərbələr endirməyi dayandırmalıdır. Hədəflərə hücum etsin, amma dizel yanacağına yox. Çünki bu, dizel yanacağı qıtlığına səbəb olur.”
ABŞ Prezidenti Şimali İrlandiya ilə İrlandiya Respublikasının birləşməsi ilə bağlı dünən verdiyi açıqlamalara da münasibət bildirib.
Tramp deyib:
“Şimali İrlandiya və İrlandiya var. Məncə, onları bir araya gətirmək ən təbii addımlardan biridir. Bu, sadəcə bir fikirdir. Mən rutin hesab etdiyim bir şərh vermişdim və böyük dəstək aldım.”
ABŞ Prezidenti süni intellektlə bağlı da açıqlama verib. Tramp bu texnologiya sahəsində Çindən öndə olduqlarını iddia edib.
Sahəyə məhdudiyyətlər tətbiq edə biləcəklərini bildirən Tramp deyib:
“Biz dünyanın ən qabaqcıl ölkəsiyik və belə də qalmaq istəyirəm. Çünki süni intellektdə qalib gələn kimdirsə, qalib də odur.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Sentyabr 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















