Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa hərbi əməliyyatlara qayıdacağıq
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların intensiv şəkildə davam etdiyini, lakin nəticə əldə olunmayacağı təqdirdə Vaşinqtonun yenidən hərbi əməliyyatlara başlayacağını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə "Axios" nəşrinə müsahibəsində danışıb.
"İranla çox ciddi danışıqlar aparırıq. Əgər bu danışıqlar nəticə verməsə, çox güclü hərbi əməliyyatlara qayıdacağıq", - ABŞ prezidenti vurğulayıb.
Tramp qeyd edib ki, Vaşinqton Tehranla danışıqlara daha bir şans vermək məqsədilə İrana qarşı zərbələri dayandırıb.
ABŞ prezidenti eyni zamanda bildirib ki, administrasiyası İranla danışıqlara uzun müddət vaxt ayırmaq niyyətində deyil.
Bu mövzuda digər xəbərlər:Tramp: İranla telefon vasitəsilə danışıqlar aparırıq
29 Aprel 2026 23:09
ABŞ İranla hərbi əməliyyatlara başlaya bilər Axios
18 Aprel 2026 23:02
ABŞ İranla razılaşma əldə edə bilməsə, hərbi əməliyyatlara qayıda bilər Tramp
08 Aprel 2026 13:42
Tramp hərbi əməliyyatlara hazırlaşır
18 Noyabr 2025 18:40
Tramp: İranla çox yaxşı danışıqlar apardıq
07 Fevral 2026 05:51
Baxış sayı:119
Bu xəbər 27 İyul 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















