Icma.az
close
up
RU
TRAMP İRANLA DA “SÖVDƏLƏŞMƏ” ƏLDƏ ETDİ? İsrail və Ərəb ölkələri nə istəyir?

TRAMP İRANLA DA “SÖVDƏLƏŞMƏ” ƏLDƏ ETDİ? İsrail və Ərəb ölkələri nə istəyir?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İrandakı etiraz hərəkatının getdikcə səngidiyinə dair məlumatlar yayılır. Həmçinin, ərəb hökumətlərinin məlumatına görə, ABŞ və İran arasındakı gərginlik də azalır.

Məsələn, “Financial Times” yazır ki, Trampı İrana zərbələri təxirə salmağa inandıran aktiv diplomatiyadan sonra iki ölkə arasında münaqişə riski azalıb. Qəzet qeyd edir ki, məhz diplomatik təmaslardan sonra molla rejiminin etirazçıların qətlini və edam planlarını dayandırdığı barədə məlumatlar yayılıb. Bunu Tramp özü də təsdiqləyib.

Bununla yanaşı, ABŞ hərbi hazırlıqları davam etdirir, eyni zamanda, danışıqlara vaxt verir. Region ölkələri isə İrana zərbələrin Fars körfəzində sabitliyi poza və qlobal enerji qiymətlərini qaldıra biləcəyi barədə xəbərdarlıq edirlər.

"The New York Times" qəzetinin məlumata görə, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ administrasiyasından İrana hücum planlarını təxirə salmasını istəyib. Qəzetin məlumatına görə, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Misir də oxşar tələblər irəli sürüblər.

NYT-nin qeyd etdiyi kimi, İsrail və ərəb rəsmiləri hərbi əməliyyat başlayarsa, İranın onların ərazilərinə cavab zərbələri endirə biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər.

"Axios" qəzetinin məşhur jurnalisti Barak Ravid isə Amerika, İsrail və ərəb mənbələrinə istinadla Donald Trampın İrana hücumu təxirə saldığını bildirir. Belə ki, Tramp Vaşinqtonun müttəfiqləri ilə mümkün hərbi əməliyyatın vaxtı və bunun İrandakı rejimi əhəmiyyətli dərəcədə sarsıdıb-sarsıtmayacağı barədə məsləhətləşmələr apararkən İrana zərbə endirmək qərarını təxirə salır.

Bu arada, "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadla xəbər verir ki, ABŞ-nin İrana genişmiqyaslı hücumunun rejimin süqutuna, yaxud daha geniş münaqişəyə səbəb ola biləcəyi ehtimalı azdır. ABŞ rəsmiləri və Yaxın Şərq tərəfdaşları bunu Trampa bildiriblər. Qəzetin məlumatına görə, Vaşinqtonun həm genişmiqyaslı hücuma başlamaq, həm də regiondakı qoşunlarını və müttəfiqlərini qorumaq üçün Yaxın Şərqdə daha çox hərbi gücə ehtiyacı olacaq. Ümumilikdə ABŞ-nin İrana qarşı tammiqyaslı hücuma hazırlaşması üçün beş-yeddi gün lazım ola bilər.

Rəsmilər hesab edirlər ki, kiçikmiqyaslı hücumlar etirazçıların əhval-ruhiyyəsini qaldıra bilər, lakin nəticədə repressiyalara heç bir təsir göstərməyəcək.

Bir sözlə, Qərb mediasının da yazdığı kimi, belə görünür ki, Tramp Tehrana qarşı hansı addımları atacağı ilə bağlı yekun qərar verməyib.

“Wall Street Journal” qəzeti isə yazır ki, İran rəsmiləri Türkiyə, Qətər, BƏƏ və Omanla əlaqə saxlayaraq hücuma məruz qalacağı təqdirdə İranın bölgədəki Amerika bazalarına hücum edəcəyi barədə xəbərdarlıq ediblər. Tehrandan mümkün cavab zərbəsinin ən çox ehtimal olunan hədəfi Qətərdəki böyük Amerika hərbi bazası olacaq. Bu həftə ABŞ ehtiyat tədbiri olaraq bəzi qoşunlarını bazadan geri çəkib.

İsrailin "Maariv" qəzetinin məlumatına görə isə İranın yüksək vəzifəli rəsmisi "Əl-Cəzirə"yə deyib ki, Tramp Tehrana İrana qarşı hərbi əməliyyatlar aparmaq niyyətində olmadığı barədə açıq bir siqnal göndərib. Eyni mənbəyə görə, mesaj Trampın ictimai çıxışından təxminən dörd saat əvvəl çatdırılıb. Xatırladaq ki, Tramp İranda hökumətə qarşı küçələrə çıxan etirazçıların ölümünün dayandırıldığını elan edib: "Bizə İranda qətllərin dayandırıldığı deyildi. Onlar dayanıb. Onlar dayanır. Və edamlar üçün yeni heç bir plan yoxdur. Mənə etibarlı şəkildə məlumat verilib".

Bir jurnalistin İrandakı vəziyyətlə bağlı məlumatı haradan aldığı barədə sualına Tramp belə cavab verib: "Digər tərəfdəki çox vacib mənbələr qətllərin dayandırıldığını və edamların olmayacağını bildiriblər. Bu gün çoxlu edam olmalı idi, amma olmayacaq. Biz öyrənəcəyik. Yəni, mən öyrənəcəyəm. Və sonra siz öyrənəcəksiniz".

“Maariv”-in məlumatına görə, mənbələr amerikalılar adından danışıqların Trampın xüsusi elçisi Stiven Uitkoff tərəfindən aparıldığını və onun İranın yüksək vəzifəli rəsmiləri ilə qarşılıqlı əlaqədə olduğunu bildirir. Bu danışıqların bir hissəsi olaraq, Trampı razı salan bir formula razılaşdırılıb: “Tramp iddia edəcək ki, İranı etirazçıları öldürməyi dayandırmağa və edamlardan imtina etməyə məcbur edən məhz onun təhdidləri olub”.

Bu arada, ABŞ senatoru Lindsi Qrem yazıb ki, "Tramp İrana qarşı soyuqlaşır" kimi bütün başlıqlar tamamilə qeyri-dəqiq xəbərlərdir". Lakin hadisələrin gedişi bu fikri şübhə altına alır...

Həqiqətən də, dünənki çıxışında Tramp, etirazların yatırılmasının başa çatdığı və daha sonra edamların olmayacağı barədə məlumat aldığını bildirib. Hər iki tərəfdəki mənbələrə görə, bu ifadə gizli danışıqlarda əldə edilən razılaşmalarla uyğun gəlir.

İsrailin “Maariv” nəşrinə görə, “Amerika administrasiyası daxilində təsir mübarizəsi gedir: “Trampın ətrafında iki əsas fraksiya fəaliyyət göstərir: birincisi, hərbi əməliyyatlarda israr edən Dövlət Katibi Marko Rubio da daxil olmaqla, “qırğılar”dır; ikincisi, hərbi müdaxilələrə qarşı çıxan və diplomatik, iqtisadi təzyiqdən maksimum dərəcədə istifadəni müdafiə edən Uitkoff kimi fiqurların da daxil olduğu daha təcridçi və praqmatik düşərgədir. Hələlik, hərbi hücuma qarşı çıxan düşərgənin üstünlük qazandığı görünür. Tramp həssas kanalların idarə olunmasını klassik diplomatik elita ilə əlaqəsi olmayan iş adamlarına və şəxslərə həvalə etməyə üstünlük verir ki, bu da onun dünyagörüşünə uyğundur".

Eyni zamanda, Amerika Prezidenti dünyanı gərgin vəziyyətdə saxlamaqda davam edir. Onun fikrincə, təhdidlərin özü, hətta reallaşmasa da belə, Tehrana təzyiq yaradır.

"Hazırkı qiymətləndirmə budur ki, İrana qarşı hərəkət etmək üçün fürsət pəncərəsi tədricən bağlanır. Günlər və saatlar keçdikcə daxili etiraz dalğası zəifləyir. Etirazlar əhəmiyyətli dərəcədə artmadıqca, hərbi əməliyyat ehtimalı azalır", - İsrail nəşri qeyd edir.

Bu arada Ağ Evin mətbuat katibi Kerolin Levitt mətbuat brifinqində bildirib ki, ABŞ Prezident administrasiyası İranda etirazçıları edam edəcəyi təqdirdə Tehranı "ciddi nəticələr"lə bağlı xəbərdar edib. Levittin sözlərinə görə, İran ABŞ Prezidenti Donald Trampın təzyiqi səbəbindən ölkədəki 800 etirazçının edamını ləğv edib. Levitt qeyd edib ki, buna baxmayaraq, Donald Trampın İrana qarşı mümkün hərbi hərəkətləri "hələ də müzakirə masasındadır".

Trampın molla rejimi ilə “sövdələşməsini” təsdiqləyən amillərədn biri də odur ki, ABŞ Prezidenti İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İrana rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşıb: "Biz hələ o mərhələdə deyilik. Biz bir çox şeyi araşdırırıq. Onun ölkəsi ilə necə yola gedəcəyini bilmirəm. Ölkəsinin onu liderlik rolunda qəbul edib-etməyəcəyini də deyə bilmirəm..."

Göründüyü kimi, Pəhləvinin liderliyini qəbul etməyən ABŞ hansısa digər bir alternativ də təklif etməkdən uzaqdır. Bütün bunlar onu deməyə əsas verir ki, İrandakı bugünkü rejim İran əhalisindən başqa hər kəsi qane edir. Məhz bu rejimin sayəsində ölkənin sərvətləri dəyər-dəyməzinə satılır, talan edilir. Rejim məzhəb ayrıseçkiliyi ilə islam aləmini parçalamaqda davam edir. Bu rejim Qərbə İslam dinini gözdən salması, onu “terrorizm mənbəyi”, “insan haqlarının tapdalanması” simvolu kimi təqdim etməsi üçün yarayır. Onun mövcudluğu bütün Yaxın Şərqi gərginlik içində saxlamağa kömək edir. Xüsusilə də ondan Türk aləminə qarşı istifadə olunur və sair.

İran eləcə də beynəlxalq narkotik dövriyyəsində əhəmiyyətli həlqə olaraq qalır. Bir sözlə, bu rejim İranda yaşayan xalqlardan başqa hər kəsin işinə, biznesinə yarayır. Xüsusilə də dünyanın Tramp kimi alverçilərin əlində olduğunu nəzərə alsaq, molla rejiminin devrilməsi İrandakı xalqlardan başqa heç kimə lazım deyil…

Beləliklə, bununla da Tramp sanki öz işini bitmiş hesab edirmiş kimi görünür. Faktiki olaraq, etirazlar, xalq hərəkatı Trampın sevdiyi “sövdələşməyə” güdaza verilmək üzrədir. Hadisələr bu cür səngiməyə doğru davam etsə, qazanan yenə ABŞ və Qərb, itirən isə İranın təbii sərvətləri və əhalisi olacaq. İran rejimi isə düşdüyü qəzadan “yüngül beyin silkələnməsi” ilə canını qurtara bilər…

Cəlal Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see397

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see377

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see349

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see349

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see340

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see335

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see332

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see330

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see311

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see307

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see288

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see281

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see281

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see276

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see262

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see248

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see247

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see238

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see231

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri