Tramp İranla danışıqların bərpası üçün şərtini açıqlayıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İran atəşkəsə razılıq verəcəyi təqdirdə Tehranla sülh danışıqlarına şans verməyə hazırdır.
Bu barədə "Report" "New York Post" qəzetinə istinadən məlumat verir.
Nəşrin mənbəsinin sözlərinə görə, atəşkəs danışıqların başlanması üçün əsas şərtdir və ilk addımı İran atmalıdır.
Qəzetin həmsöhbəti bildirib ki, Tramp mümkün qədər tez razılaşma əldə etməyə ümid edir. Bununla yanaşı, o xəbərdarlıq edib ki, İran Fars körfəzində gəmilərə, ABŞ hərbi bazalarına və Vaşinqtonun müttəfiqlərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehran bunun bədəlini ödəməli olacaq.
"New York Post"un məlumatına görə, tərəflər texniki məsləhətləşmələri davam etdirir və vasitəçilər vasitəsilə əlaqə saxlayırlar.
Baxış sayı:206
Bu xəbər 31 İyul 2026 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















