Tramp: İranla sülh danışıqları uğursuz olarsa....
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Danışıqlar uğursuz olarsa, ABŞ İrana qarşı hücumları bərpa edəcək.
Modern.az xəbər verir ki, bu barədə prezident Donald Tramp "New York Post" qəzetinə verdiyi açıqlamada deyib.
"Gəmilərimizi yenidən qururuq. Onları ən yaxşı sursatlarla, indiyə qədər istehsal olunmuş ən yaxşı silahlarla, hətta əvvəllər onları məhv etdiyimiz zaman istifadə etdiyimizdən daha yaxşı silahlarla doldururuq. Əgər razılaşma əldə etməsək, onlardan çox səmərəli şəkildə istifadə edəcəyik."
ABŞ-İran danışıqlarının bu gün İslamabadda keçirilməsi planlaşdırılır. Tehran bildirib ki, danışıqlar başlamazdan əvvəl Vaşinqton İsrailin Livana hücumlarını dayandırmasını və İran aktivlərinin dondurulmasını aradan qaldırmasını təmin etməlidir. Donald Tramp bildirib ki, sülhün əsas şərti İranın nüvə silahlarından imtina etməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 11 Aprel 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















