Tramp iranlı qadın futbolçulara sığınacaq istədi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ İranın beş qadın futbolçusu ilə bağlı Avstraliyanın baş nazirinə müaricət edib.
Modern.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.
“Avstraliya İranın qadınlardan ibarət milli futbol komandasının ölkələrinə məcburi qaytarılmasına icazə verməklə dəhşətli bir humanitar səhvə yol verir. Onlar geri göndərilsə, böyük ehtimalla öldürüləcəklər. Cənab Baş nazir, bunu etməyin, onlara sığınacaq verin. Əgər siz verməsəniz, ABŞ onları qəbul edəcək. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm”, – Tramp bildirib.
Xatırladaq ki, İranın qadın futbol üzrə milli komandasının beş üzvü Cənubi Koreyaya qarşı Asiya Kubokunun qrup mərhələsi oyunundan əvvəl dövlət himnini oxumaqdan imtina edib. Oyunçular baş verəcək təhlükəni qabaqlamaq üçün Avstraliya polisinə müraciət ediblər. Hotelin foyesində danışıqlar davam edərkən xaotik vəziyyət yaranıb. Bu zaman İran İslam Respublikası ilə əlaqəli şəxslər qadın futbolçuları axtarmaq üçün əraziyə daxil olublar. Hadisə şahidlərinin iddiasına görə, beş qadın futbolçu hoteldən qaçıb və İran rejimi ilə əlaqəli şəxslər onların izinə düşüblər.
Məlumata görə, hazırda qadın futbolçular Avstraliya polisinin nəzarəti altındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 Mart 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















