Tramp İsrailin strateji planlaşdırma naziri ilə İran və Qəzzanı müzakirə edir
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp İsrailin strateji işlər naziri Ron Dermer ilə İranla danışıqları və Qəzzadakı münaqişəni müzakirə edib. Bu barədə Axios portalı iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
“Prezident Tramp cümə axşamı baş nazir Benyamin Netanyahunun yaxın adamı olan İsrailin strateji işlər naziri Ron Dermer ilə İranla nüvə danışıqları və Qəzzadakı müharibəni müzakirə etmək üçün görüşüb”, – məqalədə qeyd olunub .
Jurnalistlər görüşlərini qeyri-adi adlandırıblar, çünki ABŞ prezidentləri ölkə və ya hökumət başçısı olmayan xarici rəsmilərlə nadir hallarda görüşürlər.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin Netanyahu ilə telefonla danışıb . Söhbət zamanı onlar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















