Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Tramp istefa verir? ABŞ də ara qarışdı, Ağ Evdə təcili brifinq…

Tramp istefa verir? ABŞ də ara qarışdı, Ağ Evdə təcili brifinq…

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Tramp səhhəti ilə bağlı artan şayiələrdən və CVI (venoz çatışmazlıq) diaqnozundan sonra bu gün Ağ Evdə fövqəladə mətbuat konfransı keçirəcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Haber7” (Türkiyə) yazıb.

Nəşr bildirib ki, Oval Ofisdə Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək brifinq təkcə ABŞ-də yox, bütün dünyada Trampın istefa verib-verməyəcəyi sualını yaradıb:

“Trampın səhhəti ilə bağlı söz-söhbətlər son həftələrdə artıb. Çünki mediadan qaçır, ictimai çıxışları ləğv edir, topuqlarında şişlik və əllərində göyərmələr diqqət çəkir.

Ağ Ev onun səhhətinin əla olduğunu desə də, bu iddialar sosial mediada geniş müzakirə mövzusuna çevrilib.

Bazar ertəsi Ağ Evin media qrupuna göndərilən açıqlamada Trampın sadəcə sentyabrın 2-də bəyanat verəcəyi bildirilib. Məsələ ilə bağlı çaşqınlıq yaradan budur ki, sözügedən bəyanatın məzmunu ilə bağlı təfərrüat verilməyib. Bundan sonra Trampın opponentləri onun vəzifədən gedəcəyi ilə bağlı spekulyasiyaları gücləndiriblər.

Tramp avqustun 31-də nəvələri ilə qolf meydançasında görünsə də, bu qısa görüntü söz-söhbətləri yatırmağa kifayət etməyib. Son bir neçə həftə ərzində cədvəli demək olar ki, tamamilə boş olan Trampın ictimai çıxışlardan qaçması da diqqətdən yayınmır.

Sosial şəbəkələrdə yayılan bir videoda isə Trampın səhhətində problemlərin olduğu, əllərindəki qançırların qan dövranı problemlərindən qaynaqlandığı iddia edilib. Sui-qəsd nəzəriyyəçiləri prezidentin cəmi bir neçə ay ömrünün qaldığını iddia edən saxta sənədlər paylaşmağa başlayıblar. Ağ Ev bu iddiaları qəti şəkildə rədd edib.

Ağ Evin mətbuat katibi Kerolayn Levittin baş verənlərlə bağlı açıqlaması belə olub: “Trampın əlləri tez-tez əl sıxdığı üçün göyərib”.

ABŞ liderinin son həftələrdə ictimaiyyət önünə çıxmaması və media ilə təmasda olmaması səhhətində problemlər olduğu iddialarını artırıb. CVI diaqnozundan sonra 79 yaşlı liderin səhhəti ilə bağlı çoxsaylı təsdiqlənməmiş iddialar ortaya atılıb”.

Dünya mediasında maraqlı iddialar bir-birini əvəzləyərkən, diqqətçəkən bir açıqlama da ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensdən gəlib.

Vens bildirib ki, Donald Tramp prezidentlik müddətini başa vura bilməsə, dövlət başçısı vəzifəsini tutmağa hazırdır:

“Mən tam əminəm ki, Birləşmiş Ştatlar prezidenti yaxşı vəziyyətdədir, səlahiyyət müddətini başa vuracaq və Amerika xalqı üçün böyük işlər görəcək. Tanrı qorusun, dəhşətli faciə baş versə, mən son 200 gündə yaşadığımdan daha yaxşı bir təcrübə təsəvvür edə bilmərəm”.

Vensin birdən-birə niyə belə dediyi də, analitiklərin çözməyə çalışdığı tənliklərdən biridir. ABŞ-nin qeyri-adi prezidenti yeni bir oyunla diqqəti özünə çəkmək istəyir, ya?..

“Baş verənlər fonunda Donald Trampın axşamkı bəyanatı ilə istefa verib-verməyəcəyi və ya başqa bir sürpriz açıqlama ilə çıxş edəcəyi böyük maraq doğurur”, - mənbə yekunlaşdırıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri