Tramp jurnalistə: Orada qalın, 2 gündə nəsə ola bilər
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ və İran danışıqlar masasına qayıtmağa çalışarkən, Pakistanda növbəti iki gündə nəsə baş verə bilər".
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib .
Tramp İslamabadda ezamiyyətdə olan "New York Post" müxbirinə deyib:
"Siz həqiqətən orada qalmalısınız, çünki növbəti iki gündə nəsə baş verə bilər və biz ora getməyə daha çox meyilliyik".
"Bu, daha çox ehtimal olunur və bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", - Tramp deyib.
Tramp Pakistan feldmarşalı Asim Muniri nəzərdə tutaraq onu "fantastik" adlandırıb.
Cenevrə də sülh danışıqları üçün başqa bir potensial yer kimi nəzərdən keçirilib, lakin Tramp bu ehtimalı rədd edir.
"Niyə bununla heç bir əlaqəsi olmayan bir ölkəyə getməliyik?",- ABŞ Prezidenti belə deyib.
Xatırladaq ki, İslabadda əvvəlki ABŞ-İran danışıqları razılaşma olmadan başa çatıb. /Cebheinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 15 Aprel 2026 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















