Icma.az
close
up
RU
Tramp Kanada və Meksikaya yeni tarifləri 30 gün təxirə saldı

Tramp Kanada və Meksikaya yeni tarifləri 30 gün təxirə saldı

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikaya yeni gömrük rüsumlarının tətbiqini 30 gün müddətinə təxirə salıb.
Yeniavaz.com
xəbər verir ki, Kanada və Meksika da cavab tədbirlərini dayandırıb.
Fevralın 3-də qəbul edilən bu qərarlardan əvvəl ABŞ Prezidentinin Kanadanın Baş naziri və Meksika Prezidenti ilə danışıqları olub və onlar sərhəd təhlükəsizliyini gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Donald Tramp fevralın 1-də Kanada və Meksikadan idxal edilən mallara 25%, Kanada enerji idxalına isə 10% rüsum tətbiq edəcəyini açıqlamışdı. O, səbəb kimi Birləşmiş Ştatların sərhədlərinin qorunması, narkotik qaçaqmalçılığı ilə mübarizənin zəruriliyini və ticarət kəsirini göstərib. Yeni gömrük tarifləri fevralın 4-dən qüvvəyə minməli idi.
Fevralın 3-də Prezident Klaudiya Şeynbaum sərhəd təhlükəsizliyini gücləndirmək üçün Milli Qvardiyaya 10 min əsgər göndərəcəyinə söz verdikdən sonra ABŞ Prezidenti Meksikaya yeni tariflərin tətbiqini 30 gün müddətinə təxirə salıb.
Ötən gün həmçinin, Tramp və Kanadanın Baş naziri Castin Trüdo iki dəfə telefonla danışıblar. Günün sonunda Trudeau, bir-birlərinə yeni gömrük rüsumlarının tətbiqinin 30 gün müddətinə dayandırıldığını açıqlayıb.
Kanada baş nazirinin sözlərinə görə, 1,3 milyard dollar dəyərində sərhəd mühafizəsi planı həyata keçiriləcək. Trudeau, sərhədləri qorumaq üçün 10 minə qədər insanın çalışdığını və işləməyə davam edəcəyini və bundan əlavə, Kanadanın narkotik qaçaqmalçılığı, sintetik opioid fentanil və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün əlavə öhdəliklər götürdüyünü söyləyib.
Tramp özsosial şəbəkəsində yazıb ki, ilkin nəticələrdən çox razıdır, ona görə də fevralın 1-də açıqlanan tariflər 30 gün müddətinə dayandırılacaq və bu müddət ərzində Kanada ilə yekun razılaşmanın əldə edilib-edilməyəcəyini müşahidə edəcəklər.
KİV-lər, həmçinin ABŞ prezidentinin köməkçilərinə istinadən yazır ki, Donald Tramp Çin lideri Si Cinpinlə də danışmağı planlaşdırır.
Fevralın 1-də Tramp Çindən idxal edilən mallara da 10%-lik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozduğunu, ona görə də ABŞ-ni təşkilatda məhkəməyə verəcəklərini və əks tədbirlər görəcəklərini bəyan edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Fevral 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri