Tramp Kirkin ölümünə belə reaksiya verdi: Azan oxunsun, dua edək
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp müttəfiqi, “Turning Point USA” təşkilatının rəhbəri Çarli Kirkin güllələnməsindən sonra tərəfdarlarına müraciət edib.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri sosial şəbəkə hesabında paylaşım edərək Kirk üçün azan oxumağa və dua etməyə çağırıb.
“Biz hamımız güllələnən Çarli Kirk üçün dua etməliyik. O, çox böyük oğlan idi. Allah onu qorusun”, – Tramp “Truth Social” platformasında yazıb.
Qeyd edək ki, hadisə Yuta ştatında keçirilən tədbir zamanı qeydə alınıb. Tədbirdə iştirak edənlər arasında panika yaranıb, hüquq-mühafizə orqanları dərhal müdaxilə edib.
Şübhəli şəxs hadisə yerində saxlanılıb və polis tərəfindən həbs edilib. Hazırda onun motivləri araşdırılır.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 10 Sentyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















