Tramp komandasını Putin və Zelenski ilə görüşləri tez hazırlamağa çağ
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp öz komandasını Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşləri planlaşdırmaqda sürətlə hərəkət etməyə çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Trampın köməkçiləri dərhal görüşləri planlaşdırmağa başlayıblar.
Prezidentin səfərini və iki dünya lideri ilə böyük görüşləri planlaşdırmaq adətən vaxt aparır. Lakin Tramp öz komandasını tez hərəkət etməyə çağırıb.
"Ağ Evin məlumatına görə, yer hələ müəyyən edilməyib, lakin bir neçə variant müzakirə edilir. Bəyanatda həmçinin danışıqların gələn həftə və ya yaxın iki həftə ərzində baş tuta biləcəyi vurğulanıb", - deyə əlavə olunub.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 07 Avqust 2025 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















