Icma.az
close
up
RU
Tramp komandasını qurmağa başladı İlk təyinat

Tramp komandasını qurmağa başladı İlk təyinat

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilən Donald Tramp kampaniya meneceri Syuzan Vaylsı Ağ Evin Aparat rəhbəri təyin edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Trampın “buz qız” kimi xarakterizə etdiyi Vayls arxa planda qalmağa üstünlük verən bir şəxsdir. Seçki kampaniyasındakı uğurlarına görə geniş şəkildə tanınan Vayls, Trampın fikrincə, ABŞ-də ən qorxulu siyasi fiqurlardan biridir.

Syuzan Summareal Vayls Donald Trampın prezident seçkiləri kampaniyasının meneceri olub. Nəticədə, o Ağ Evin yeni administrasiyasında əsas mövqeyə sahib olub.

Tramp təyinatla bağlı açıqlamasında “Vayls mənə Amerika tarixindəki ən böyük siyasi qələbələrdən birini qazanmağıma kömək etdi” - deyib.

47-ci prezident qələbə nitqində Vaylsı “buz qız” adlandırıb. 

Tramp bildirib ki, Vayls daha çox arxa planda fəaliyyət göstərir. Lakin ABŞ-də ən qorxulu siyasi fiqurlardan biri kimi tanınır.

Vayls Trampın indiyə qədərki ən intizamlı kampaniyasını idarə etməsi ilə tanınır. Ağ Evin yeni Aparat rəhbəri ön planda olmaqdan o qədər çəkinir ki, hətta Tramp qələbəsini qeyd edərkən o, danışmaq üçün mikrofonu belə götürməkdən imtina edib.

Siyasətlə məşğul olmağa başladıqdan bir ildən də az müddət sonra Syuzan Vayls 1980-ci il seçkilərindən əvvəl Ronald Reyqanın kampaniya komandasına qoşulub.

2010-cu ildə o, o vaxt siyasi təcrübəsi az olan iş adamı Rik Skotun cəmi 7 ay ərzində Florida qubernatoru olmasına kömək edib. Skot hazırda senator kimi fəaliyyət göstərir.

Vayls 2015-ci il prezident seçkiləri zamanı Trampla görüşüb və 2016-cı ildə Tramp praymerizdə 1,6 faiz fərqlə Hillari Klintona qalib gəlib. Tramp hakimiyyəti dövründə Vayls Ağ Evdə xidmət edən ilk qadın olacaq.

Ağ Ev Aparatının rəhbəri prezidentlərin idarə olunmasında həlledici rol oynayır. Onlar mahiyyətcə Ağ Evin menecerləri kimi xidmət edirlər və prezidentin bütün işçilərini bir araya toplamaq məsuliyyətinə malikdirlər.

Aparat rəhbəri Prezidentin İcra Aparatı vasitəsilə kadrlara rəhbərlik edir və bütün gündəlik əməliyyatlara və kadrların fəaliyyətinə nəzarət edir.

O, həmçinin, prezidentlərə siyasət məsələləri ilə bağlı məsləhətlər verirlər və siyasətin işlənib hazırlanmasını idarə etmək və ona nəzarət etmək üçün məsuliyyət daşıyırlar.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri