Tramp Konqresdən şikayətlənib: Müharibəni bitirməyə imkan vermirlər
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Dünən səsvermədə Nümayəndələr Palatası 4 respublikaçı və bütün demokratlarla birlikdə İranla müharibəni bitirmək üçün apardığım son danışıqların tam ortasında mənim müharibə səlahiyyətlərimi məhdudlaşdırmaq üçün səs verdi.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Kim belə qeyri-vətənpərvər bir şey edərdi ki? Onlar danışıqların hansı mərhələdə olduğunu bilirlər”, - Tramp şikayətlənib.
ABŞ lideri Demokrat Partiyasının üzvlərinin “Trampa nifrət sindromu” ilə bu hərəkətləri etdiyini bildirib.
“Onlar mənim çox saylı qələbələrimdən birini qazanmağa imkan verməkdənsə, ölkəmizin uğursuzluğa düçar olmasını üstün tuturlar. O dörd respublikaçı isə tamam başqa məsələdir — onlar özlərini göstərməyə çalışanlardır! Onlar özlərindən utanmalıdırlar”, - Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının səsverməsi Prezident Donald Trampa İranla müharibəni davam etdirməsi üçün Konqresin təsdiqini almağı tövsiyə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 04 İyun 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















