Tramp Konqresin respublikaçılara müraciət edib
Ayna saytına istinadən Icma.az xəbər verir.
Prezident təcili olaraq 350 milyard dollarlıq müdafiə büdcəsi və hərbi büdcəni 1,5 trilyon dollara çatdırmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Konqresin respublikaçı üzvlərini Pentaqon üçün əlavə maliyyələşdirmə təmin edən qanun layihəsini təqdim etməyə və qəbul etməyə çağırıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Mən bununla Konqresdəki respublikaçıları hazırlanan 350 milyard dollarlıq “Recon 3.0” qanun layihəsini dərhal təqdim etməyə və qəbul etməyə çağırıram. Oyun yoxdur, gecikmə yoxdur, bunu mümkün qədər tez edin!", Tramp “Truth Social”da yazıb.
Onun sözlərinə görə, Pentaqonun tələbi ilə sənədə "Amerikanı Xilas Etmək Qanunu" da daxil ediləcək.
Amerika lideri vurğulayıb ki, hərbi büdcənin ümumi məbləği 1,5 trilyon dollara çatması üçün “Recon 3.0-un” qəbul edilməsi zəruridir: "Biz vətənimizi “Qızıl Günbəz”lə qoruyacağıq, yenilməz “Qızıl Donanma” yaradacağıq, F-47 və B-21 təyyarələri ilə səmaya hakim olacağıq. Sursatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq və ABŞ Kosmik Qüvvələrinin və dronların tam üstünlüyünə nail olacağıq", - deyə Prezident əlavə edib.
Trampın paylaşımı ABŞ-ın müdafiə naziri Pit Heqset tərəfindən yenidən paylaşılıb və o, paylaşımı belə şərh edib: "Təşəkkür edirəm, cənab Prezident. Pentaqon bunu edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 11 İyun 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















