Tramp Konqreslə məlumat mübadiləsini məhdudlaşdıracaq
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ ordusunun İranın nüvə obyektlərinə hücumunun prezident Donald Trampın iddia etdiyi qədər uğurlu olmadığını göstərən məlumatların sızmasından sonra ABŞ administrasiyası Konqresə məxfi məlumatların verilməsini məhdudlaşdırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.
Məlumata görə, hökumət məxfi məlumatların Konqresə göndərilməsi üçün istifadə edilən CAPNET sistemində məlumatların yerləşdirilməsini məhdudlaşdıracaq.
Qeyd edək ki, Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) əməliyyatla bağlı qiymətləndirməsi iyunun 23-ü axşam CAPNET-də yerləşdirilib. Ertəsi gün, iyunun 24-də CNN, sonra isə “The New York Times” hesabatdan məlumatları dərc edib.
Məlumatda qeyd olunur ki, İranın nüvə proqramı məhv edilməyib, cəmi bir neçə ay geri çəkilib.
Məlumatların mediada dərc olunması Trampı qəzəbləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 İyun 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















