Icma.az
close
up
RU
Tramp Kremlin arzusunu şərtə çevirdi Ukrayna və Avropada narahatlıq

Tramp Kremlin arzusunu şərtə çevirdi Ukrayna və Avropada narahatlıq

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-ın Ukraynadakı müharibənin tezliklə başa çatması və Moskvanı sülh razı salmaq üçün Krımı Rusiyanın tərkib hissəsi kimi tanımaq təklifi Avropa İttifaqı tərəfindən də rədd edilib.

Artıq Avropa ölkələrinin Krımla bağlı Vaşinqtonun mövqeyi ilə razılaşmayacağı Ağ Evə bəyan edilib. Həmçinin Ukrayna Prezident Volodimir Zelenski də ötən günlərdə keçirilməsi planlaşdırılan London görüşündən öncə məsələ ilə bağlı Kiyevin mövqeyini bildirdi. Bu səbəbdən ABŞ nümayəndəsi görüşə qatılmadı və müzakirə ekspertlər səviyyəsində baş tutdu. Lakin Vaşinqton hökuməti yenə də öz mövqeyindən geri addım atmır.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, nəinki yaxın illərdə, uzaq gələcəkdə belə Krımın Avropa ölkələri tərəfindən tanınması mümkünsüzdür:

“Həmin ərazi Rusiyanın qondarma rejim qurduğu digər Ukrayna torpaqları kimi münaqişəli bölgə olaraq qalacaq. Düşünürəm ki, 3 ildən artıq davam edən savaşda şimal qonşumuz məğlub edilsəydi, Krımın taleyi birdəfəlik həll olacaqdı. Amma Kremlin cəbhə xəttində getdikcə üstünlüyü ələ alması və Qərb ölkələrinin daxillərində ciddi fikir ayrılıqlarının yaranması, Ukraynaya lazımı dəstəyin verilməməsi işğal olunan ərazilərin taleyini müəyyən etdi. Hətta deyərdim ki, təkcə Ukrayna ərazilərinin deyil, Rusiyanın istila etdiyi digər ölkələrə məxsus ərazilərin də uzaq gələcək üçün taleyi artıq bəllidir. Məsələn, Gürcüstanın Cənubi Osetiya və Abxaziya kimi bölgələrinin adını qeyd etmək olar.

Avropa İttifaqı Krımı Rusiya ərazisi kimi tanımadı, nə dəyişəcək? Şimal qonşumuz dərhal həmin ərazini Kiyevə qaytaracaq? Bilirsiniz, bu, ölmək üzrə olan bir canlıya yemək əvəzinə su vermək kimi bir şeydir. Yəni belə açıqlamalar Zelenski iqtidarının “ağzına su damcısı atmaqdan” başqa bir şey deyil. Zelenskinin ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edildikdən və az keçməmiş məlum formada Ağ Evdən çıxarıldıqdan sonra Avropanın digər ölkələrinə üz tutduğuna şahidi olduq. O baxımdan təbii ki, belə açıqlamalar, bəyanatlar gözləniləndir. Rusiya çox istəyər ki, Krım onun ərazisi kimi tanınsın, amma tanınmasa belə, bunun Moskvaya heç bir təsiri yoxdur”.


Cavanşir Abbaslı

Ekspert əlavə edib ki, Abxaziya və Cənubi Osetiyanı 17 ildir tanımırlar:

“Eləcə də, 11 ildir Ukrayna ərazilərində yaradılan qondarma respublikalar da tanınmır. Dəyişən bircə şey oldu, Rusiya şirnikib, 2022-ci ilin 22 fevralında Ukrayna ərazilərinə soxuldu, keçən 3 ildən artıq müddətdə yeni-yeni ərazilər işğal etdi. Qərb dünyası isə pafoslu bəyanatlardan başqa bir şey edə bilmədi. Tramp da iqtidara gəldi, açıq mövqeyini ortaya qoydu. Doğrudur, gələn kimi savaşı bitirəcəyi vədini vermişdi, amma bu, olmadı. Lakin yenə də onun bəyanatlarının özü Rusiyanı daha da ayaqlandırdı, Ukrayna cəbhəsində isə istər-istəməz müəyyən qədər ruh düşkünlüyü yaratdı.

Kreml heç özü Moskva və Kiyev arasında gedən danışıqlarda Krımın Rusiya ərazisi kimi tanınması tələbi ən vacib məsələ kimi diplomatik masaya qoyulmayıb. Yenə deyirəm, bu, Rusiya üçün o qədər də vacib məsələ deyil. Avropadan verilən belə açıqlamaların hələ çox şahidi olacağıq. Görünən odur ki, Rusiya-Ukrayna savaşı bu il, yaxud yaxın və ya uzaq gələcəkdə bitsə belə, Kremlin istila etdiyi ərazilər onda qalacaq, tərəflər olduqları mövqedə qalmağa razılaşıb, atəşkəs imzalayacaqlar. Ukraynanın NATO arzusu isə böyük ölçüdə birdəfəlik puç olacaq. Onsuz da bu arzu, vaxtilə Avropa dünyanın üçüncü atom silahına sahib olan Ukraynadan onu alıb Rusiyaya verəndə puç olmuşdu”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri